"İçimizdə Azərbaycan dövlətçiliyinə qarşı olanlar var" – Fəzail Ağamalıdan QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: "İçimizdə Azərbaycan dövlətçiliyinə qarşı olanlar var" – Fəzail Ağamalıdan QALMAQALLI AÇIQLAMA

16765

“Ana Vətən Partiyası da hazırda ölkədə gedən ictimai-siyasi proseslərdə kifayət qədər fəallıq göstərir. Üzvlərimiz dövlətçiliyimiz, ərazi bütövlüyümüz, erməni işğalına son qoyulduqdan sonra yaranmış situasiya ilə Ermənistanın Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyi, beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartların, ədalətsizliyin davam etməsi ilə bağlı öz mövqelərini ortaya qoyurlar”.

Bu fikirləri Bizim.Media ilə müsahibə zamanı səsləndirən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı dediklərinin təsdiqi kimi ayrı-ayrı KİV-lərdə partiya mənsublarının açıqlamalarını nümunə gətirdi. 

Deputat əlavə etdi ki, Ana Vətən Partiyası bütün yazılarında Azərbaycana qarşı ikili standartarın aradan qaldırılmasına çalışır:
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı: “İtkisiz azad olunan 3 rayon ən böyük uğurumuzdur”


“Ermənilərin yanında yer alan müxtəlif dövlətlərin, həmin ölkələrin daxilində fərqli qüvvələrin üzərinə gedirik. Onların ədalətsiz mövqeyinə sərt münasibətimizi göstəririk. Bütün bunlar müsbət fəaliyyətlərdir. Sadalanan yazılar təkcə daxili auditoriya üçün yox, eyni zamanda bizə qarşı qərəzli mövqe sərgiləyən ölkələrin hakim dairələrinə yönələn mesajlardır. Bu ismarıclar ünvanına çatdırılıb”.

Ana Vətən Partiyasının sədri martın 17-də Ağdam səfərindən də bəhs etdi. Fəzail Ağamalı Ağdamda dağıntılarla üz-üzə qaldıqlarını və dəhşətli hisslər keçirdiklərini bildirdi. Millət vəkilinin dediklərinə görə, Ana Vətən Partiyasının üzvləri bir əsgər kimi öz səngərlərindədir və düşmənlə istənilən döyüşə hazırdırlar.

Amma içərimizdə adını azərbaycanlı qoyub, özünü müxalifətçi kimi təqdim etməyə çalışanlardan bəziləri xaricdən aldıqları xüsusi təlimatlara uyğun olaraq Azərbaycan dövlətçiliyinin üzərinə gedirlər. Onlar özlərinin qərəz və böhtan dolu fikirlərini ictimai rəyə sırımağa çalışırlar. 

Amma Azərbaycan xalqı 44 günlük savaşda müzəffər ordumuzun sərkərdəsi İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra başqa əhval-ruhiyyədədir.

İnsanların cənab Prezidentə olan münasibəti daha yüksək səviyyədə, ölkə başçısına inam birmənalıdır. Xalqın Prezidentə etimadı təsəvvür olunmaz səviyyədə yüksəkdir. 

Buna görə də, bəzi anti-milli qüvvələr bu və ya digər formada mövqelənərək ictimai fikirə təsir etmək gücündə deyillər” cümləsi ilə Fəzail Ağamalı mövzuya münasibətini tamamladı. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin