İşğaldan azad edilmiş ərazilərdən reportaj hazırlamaq üçün bir qrup xarici jurnalistlə birlikdə Azərbaycana gələn Ukraynanın "5-ci kanal” televiziyasının əməkdaşı Yevgeniya Kitayeva ezamiyyət zamanı koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin rəsmisi Elnarə Baxış bildirib.
MÖVZU İLƏ BAĞLI:
Roman Boçkala: "Bu qələbənin adı var - İlham Əliyev" - VİDEO
Onun sözlərinə görə Kitayeva ölkəsinə qayıtdıqdan sonra virusdan necə müalicə olunduğu barədə danışıb.
Bildirib ki, iki həftəyə yaxın davam edən müalicə müddətində azərbaycanlı həkimlərin koronavirusa yanaşması onu yaxşı mənada heyrətləndirib.
Çünki Azərbaycanda hətta yüngül simptomlu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər.
Bizim.Media