Aynur Dadaşovanın qızı qızılcaya yoluxdu – VİDEO 

Hazırda oxunan: Aynur Dadaşovanın qızı qızılcaya yoluxdu – VİDEO 

167542

Müğənni Aynur Dadaşovanın qızı qızılca xəstəliyinə yoluxub. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində məlumat verib. 

Aynur bildirib ki, qızının temperaturu olsa da, bədənində səpgilər müşahidə edilməyib: 

"Qızım 6 nömrəli məktəbdə təhsil alır. Bu son 3-4 gün 39 dərəcə temperaturu oldu, amma səpgiləri olmadı. Onu məktəbdən saxlamadım. Gedir-gəlir. Çox narahatam. Bir çox valideynlər övladlarını dərsə getməyə qoymur. Getməyəndə də dərslərdən geri qalırlar. Uşaq vaxtı qızım peyvənd olunub. Bununla bağlı peyvənd kitabçası da var". 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin