“Tarixi qələbəmizin Heydər Əliyevin 100 illiyinə təsadüf etməsində böyük məna var” – Professor 

Hazırda oxunan: “Tarixi qələbəmizin Heydər Əliyevin 100 illiyinə təsadüf etməsində böyük məna var” – Professor 

167501

"Bu il xüsusi il idi, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib. Artıq azad bir xalqıq, heç kəs deyə bilməz ki, bizim zəbt olunmuş torpaqlarımız var. Heç kimə möhtac olmadan öz torpaqlarımızı azad etmişik".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, professor Namiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının "Heydər Əliyev İli" ilə bağlı keçirdiyi konfransda deyib.

Professor bugünkü qələbədə Heydər Əliyevin siyasətinin rolunun olduğunu qeyd edib. 

"Tarix elə imza atıb ki, bu tarixi qələbəmiz Heydər Əliyevin 100 illiyinə təsadüf edib. Burda çox böyük bir məna var. Heydər Əliyev hakimiyyətə gələndə hakimiyyət davası gedirdi, digər xarici dövlətlərin xüsusi xidmət orqanları çalışırdılar ki, Azərbaycan dövlət kimi qalmasın. Qısa vaxt ərzində Heydər Əliyev addım -addım hakimiyyəti bərpa etdi və dövləti qurdu".

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin