Ölən şəxsin kredit borcunu kim ödəməlidir? – Hüquqi İZAH - VİDEO

Hazırda oxunan: Ölən şəxsin kredit borcunu kim ödəməlidir? – Hüquqi İZAH - VİDEO

16750

Dünyasını dəyişmiş şəxsin adına olan kredit kartına görə yaranmış borc onun vərəsələrindən tələb oluna bilər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Anar Ramazanov deyib ki, kredit kartları qanunvericiliyə əsasən, kredit müqaviləsi hesab olunur.

Vəkil bildirib ki, bəzi hallarda ödənişdən yayınmaq üçün vəfat etmiş kredit alanın ailə üzvləri onun əmlakını rəsmi şəkildə qəbul etmirlər.

 

MÖVZU İLƏ BAĞLI:

İndiyədək nə qədər ipoteka krediti verilib? – RƏSMİ 


Bu halda da bankın həmin şəxslərə qarşı iddia qaldırıb, yaranmış borcu geri almaq hüquqi yarana bilər.

Hüquqşünas deyib ki, vəfat etmiş şəxsin kerdit kartında yaranmış borcun ödənməsi bankla bağlanmış müqavilə əsasında və ya Mülki Məcəllə ilə tənzimlənir. Banka təqdim edilən ölüm haqqında şəhadətnamə isə kredit kartından istifadəyə görə yaranmış borcun silinməsinə zəmin yaratmır. Bu halda yalnız ölmüş şəxsin kredit kartı bloklana və müqavilə ləğv edilə bilər.

Anar Ramazanov əlavə edib ki, vəfat etmiş şəxsin yaxınları bununla bağlı banka dərhal məlumat verməlidilər. Bu yolla kredit kartına gələn faiz və cərimələrin qarşısının alınması mümkündür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin