Nikahdan öncə cütlüklər psixoloji testdən keçməlidir? – Deputatdan maraqlı AÇIQLAMA 

Hazırda oxunan: Nikahdan öncə cütlüklər psixoloji testdən keçməlidir? – Deputatdan maraqlı AÇIQLAMA 

167366

Azərbaycanda bir neçə ildir evlənəcək şəxslər nikahdan öncə tibbi müayinədən keçirlər. 2015-ci ildən qüvvəyə minən qanuna əsasən, evliliyə namizədlər talassemiya daşıyıcılığı, QİÇS və sifilis xəstəlikləri üzrə yoxlanılırlar.

Əgər cütlüklərin birində sadalanan xəstəliklərdən hər hansı biri aşkarlanarsa, onlara bu haqda məlumat verilir, seçim isə öz öhdələrinə buraxılır.
 

MÖVZU İLƏ BAĞLI:

Evlənmənin ŞƏRTLƏRİ ağırlaşa bilər – Nikah öncəsi PSİXOLOJİ TEST də keçirilsin?


Ölkədə ailədaxili şiddətə dair yayılan məlumatlar və boşanmaların sayındakı artım cəmiyyətdə cütlüklərin xarakter uyğunluğu və şiddət göstərməyə meylli olanların öncədən müəyyən olunması üçün psixoloji testdən keçirilməsi tez-tez müzakirə olunur.

Ayrı-ayrı tibb sahəsinin mütəxəssisləri və hüquq müdafiəçiləri də müzakirələr zamanı bu testin boşanmaların və ailədaxili şiddətin sayının azalmasına kömək edəcəklərini bildiriblər. Lakin məsələ müzakirə mərhələsindən atlamayıb.

Müzakirələr bu təklifin qanunda öz əksini tapmasına kömək ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli psixoloji testə ehtiyac olmadığını deyib:

“Biz bir aspekti nəzərə almalıyıq, yoluxucu, insan sağlamlığına problem yaradacaq, gələcək ailənin sağlamlıq təhlükəsizliyinə xətər yetirə biləcək müayinələrin aprılması önəmlidir. Bu, bizim gələcək ailələrimizin sağlamlığının mühüm bünövrəsini təşkil edir. Birmənalı şəkildə çox irəli addımdır və hər birimiz alqışlayırıq. 

Davamlı şəkildə müxtəlif şəsxlər hər kəsin öz fikrinə görə, müxtəlif müayinələrin keçirilməsi məsələlərini də ortalığa atırlar. Amma biz bir şeyi dərk eləməliyik ki, insanların bir-birinə olan münasibəti, insanları bir-birini bir ailə üzvü kimi qəbul etməsi iki şəxsin özünə aid olan məsələdir”.

Deputatın fikrincə, sözügedən testin keçirilməsi insanların daxili işinə müdaxilə etməkdir:

“Müayinələrin hər birinin özünəməxsus aktuallığı var. Onu əsas gətirərək bunu sanki müəyyən bir administrativ tələblər topluluğuna çevirməyimiz dünyanın heç bir yerində yoxdur. Ona görə də ailə sağlamlığına xətər yetirə biləcək, ziyan gətirəcək yoluxucu xəstəliklər var ki, bunların yoxlanışı çox vacibdir, bunun yoxlanmasını da dövlət aparır. Digər məsələlər isə hər bir fərdin özünün seçimidir. Hər bir şəxsin öz ailəsini müəyyənləşdirmə hüququ var, insanların daxili məsələlərinə bu qədər müdaxilə etməməliyik”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin