Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir - Ombudsman

Hazırda oxunan: Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir - Ombudsman

167341

“Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir:

“Beynəlxalq təşkilatlar, məhkəmələr bu məsələyə dəstək göstərməlidir. Ermənistan mina terroru ilə bağlı bizə təzminat ödəməlidir”.

S.Əliyeva qeyd edib ki, minalar daha çox qəbiristanlıqlarda basdırılıb:

“Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdiyi ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin