Yelena Zelenskaya: "Əminəm ki, Rusiya ilə sülh danışıqları nə vaxtsa baş tutacaq"

Hazırda oxunan: Yelena Zelenskaya: "Əminəm ki, Rusiya ilə sülh danışıqları nə vaxtsa baş tutacaq"

167328

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya Rusiya Federasiyası ilə sülh danışıqlarını mümkün edəcək şərtlərlə bağlı ona sual verən yaponiyalı jurnalistin sualını çox siyasi adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yer alıb.

Jurnalist Zelenskayaya belə bir sual verib:

“Ukraynaya Rusiya ilə danışıqlara başlamaq üçün hansı şərtlər lazımdır? Rusiya daim danışmağa hazır olduğunu bildirir. Siz bu barədə nə düşünürsünüz?". 

“Çox maraqlı sualınız var. Əlbəttə, cavab verəcəyəm. Amma düzünü desəm, bu sual birinci xanım üçün çox siyasidir. Düşünürəm ki, buna prezident cavab verməlidir. Mən belə bir məsuliyyəti daşıya bilmərəm, belə mandatım yoxdur. Başa düşürəm ki, bu mövzuda dediyim istənilən söz prezidentin sözləri kimi qəbul olunacaq, çünki mən ona yaxınam”, - deyə Zelenskaya cavab verib.

O, əlavə edib ki, Ukrayna prezidenti bu barədə çox danışır.

“Mən əminəm ki, Rusiya ilə sülh danışıqları nə vaxtsa baş tutacaq. Təbii ki, bunun tez olmasını istəyirəm, çünki siz dediyiniz kimi, hər gün itkilərimiz olur. Əsas vəzifə müharibənin dayanmasıdır. Sonda da sülhün olmasını istəyirəm. Ümid edirəm ki, bu cür danışıqlar üçün şərtlər mümkün qədər tez açıqlanacaq. Sizə deyə biləcəyim tək şey budur”, - deyə Zelenskaya yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin