Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər

Hazırda oxunan: Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər

167292

“Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər”.

Bizim.Media “Yle” nəşrinə istinadən xəbər verir ki, bunu Estoniyada Polis və Sərhəd Mühafizə İdarəsinin sərhəd şöbəsinin rəhbəri Eva Kalmus bildirib.

Onun sözlərinə görə, artıq Rusiyaya səfər edənlər çıxılmaz vəziyyətdə qala bilər və sonra geri qayıtmaq çox çətin olacaq: “Vətəndaşlardan Rusiyaya səfərlərdən çəkinməyə çağırırıq”.

O qeyd edib ki, Tallin müvafiq qərar qəbul edərsə, Estoniya ilə Rusiya arasında sərhəddə keçid məntəqələri bir saat ərzində bağlana bilər. Kalmus bu qərarın müzakirə mərhələsində olduğunu vurğulayıb.

Bundan əvvəl Finlandiya miqrant axını ilə əlaqədar Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini müvəqqəti bağlamaq qərarına gəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin