Özbəkistanla Türkiyənin birgə layihəsi olan "Özbekistanhaber” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevi "İlin adamı” elan edib.
Bizim.Media xəbər verir ki, mükafatın təqdimat mərasimində Özbəkistandakı diplomatik korpusun üzvləri, səfirlər, diplomatlar, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, təqdimat mərasimi Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.
Bizim.Media