Müğənni Xatun vəfat edən qardaşı stilist Balaş haqqında video paylaşıb.
Bizim.Media xəbər verir ki, o, videonu Instagram səhifəsində yayımlayıb. İfaçı qardaşı haqqında xatirələrini sözlərlə təsvir edib.
"Eh dünya.. Artıq 40 gün keçdi. Sənsiz yaşayıram. Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil. Mənim əvəzolunmazım, dərd ortağım, məsləhət yerim, göznurum, atam, anam, dostum, qardaşım, can parçam. Sənsiz bir boşluğun içində dağılan parçalarımı toplamağa çalışıram.
Dünyanı boz görürəm, sanki gözəl rənglər səninlə birgə yoxa çıxıb.Mən bilmirəm necə özümə gələcəm, nə vaxt ayağa qalxa biləcəm".
Müğənni paylaşımında qardaşının özündən sonra qalan övladlarına göz bəbəyi kimi baxacağını da qeyd edib.
"Gözəl qızların uca Allaha, sonra da mənə əmanətdir".
Xatununa paylaşımına dostları və izləyiciləri də biganə qalmayıb. Onlar ifaçıya şərh yazaraq təskinlik veriblər.
Qeyd edək ki, müğənninin qardaşı Balaş qan xərçəngindən vəfat edib.
Bizim.Media