Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatia” Albaniya çempionatında növbəti oyunu keçirib.
Bizim.Media xəbər verir ki, onlar XV tur çərçivəsində “Vlazniya”nı qəbul ediblər.
İsgəndərli 74 dəqiqə meydanda olub və 41-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. Görüş elə 3:0 hesabı ilə bitib. Bu, Vüsalın Albaniya çempionatında vurduğu 5-ci qol olub.
Qeyd edək ki, “Eqnatia” 15 oyundan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media