Putindən FƏRMAN: Rusiyada hərbçilərin sayı 170 min nəfər artırıldı

Hazırda oxunan: Putindən FƏRMAN: Rusiyada hərbçilərin sayı 170 min nəfər artırıldı

167091

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayını təxminən 170 min nəfər artırılır.

Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Belə ki, Putinin fərmanı ilə qüvvələrin ştatı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib. Daha əvvəl isə həmin saylar müvafiq olaraq 2 039 758 nəfər, o cümlədən 1 150 628 nəfər hərbi qulluqçu olub.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrinin say tərkibinin artırılması haqqında prezidentin fərmanı ilə əlaqədar səfərbərlik olmayacaq. 

Qeyd olunub ki, Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artması Ukrayna müharibəsinə görə ölkəyə qarşı təhdidlərin artması ilə bağlıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin