Aparıcıdan Almaxanıma HÖRMƏTSİZLİK – İfasını yarıda kəsdi – VİDEO 

Hazırda oxunan: Aparıcıdan Almaxanıma HÖRMƏTSİZLİK – İfasını yarıda kəsdi – VİDEO 

167086

Müğənni Almaxanım Əhmədli qarşı hörmətsizlik olunub. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində mahnı oxuyarkən proqramın aparıcısı Zaur Nəbioğlu onun ifasını dayandırmağını istəyib. 

Həmin an Zaur Almaxanımdan üzr istəyərək bir neçə gün əvvəl metroda vəfat edən müğənni Çinarə Məlikzadənin atasının dəfn yerindən canlı bağlantıya qoşulduqlarını bildirib. 
Müğənni isə aparıcının bu hərəkətindən əsəbiləşərək “Gözləyərdiniz mahnını oxuyub bitirərdim sonra keçərdiniz canlı bağlantıya” sözlərini dilə gətirib.  

Zaur isə barmağını ağzına yaxınlaşdıraraq Almaxanımın heç bir şey söyləməməsini istəyib.

Proqramın rejissoru müğənninin etiraz və qəzəb dolu üz ifadəsini efirdə nümayiş etdirib. 

Canlı yayımda müğənni və aparıcı arasında baş verən gərgin anları sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin