"Everton" Premyer Liqaya etiraz etdi

Hazırda oxunan: "Everton" Premyer Liqaya etiraz etdi

167080

"Everton" Futbol Klubu bu gün Premyer Liqa Komissiyasının komandanın 10 xalını silməsi qərarına qarşı etiraz edib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 "Everton" məsələ ilə əlaqədar Premyer Liqa Məhkəmə Kollegiyasının sədrinə apellyasiya şikayəti verib. Bundan sonra işə baxmaq üçün apellyasiya şurası təyin olunacaq. 

Xatırladaq ki, İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u turnir cədvəlində 10 xaldan məhrum edib. Bu səbəbdən, komanda 14-cü yerdən 19-cu yerə düşüb. Keçirilən 13 oyundan sonra "Everton"un cəmi 4 xalı qalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin