Mingəçevirdə "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Mingəçevirdə "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa KEÇİRİLİB - FOTO

167040

1 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhərində "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa keçirilib.

Bizim.Media görüşdə Audiovizual Şuranın, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak ediblər. 

Görüşün təşkil olunmasında məqsəd audiovizual yayımda qanunvericiliyin tələblərinə riayət olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində regional yayımçıları maarifləndirmək, bununla da audiovizual mediada ictimai maraqların qorunması işinə töhfə verməkdir.
Dəyirmi masa iştirakçılarını salamlayan Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə regional medianın inkişafının vacibliyindən, regional yayımçıların öz fəaliyyətlərində ictimai maraqların qorunması məsələsini diqqətdə saxlamasının əhəmiyyətindən, bu məqsədlə Audiovizual Şuranın həyata keçirdiyi fəaliyyətdən danışıb.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Hüseynov hər bir sahədə olduğu kimi, audiovizual media sahəsində də maarifləndirmə işlərinin əhəmiyyətindən danışmış, Mingəçevirdə belə tədbirin keçirilməsinə görə Audiovizual Şuraya təşəkkür edib.

Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda maarifləndirici  təqdimatla çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova audiovizual mediada ictimai maraqların qorunması sahəsində əsas diqqətin dezinformasiya ilə mübarizəyə yönəldilməsinin vacibliyini vurğulayıb, media subyektlərinin sağlam mühitdə fəaliyyətinin təmin olunmasının zəruriliyini qeyd edib.

QHT nümayəndələri mediada ictimai maraqlar, uşaq hüquqlarının müdafiəsi və digər sosial-ictimai əhəmiyyət kəsb edən mövzulara toxunublar. 

Görüşdə iştirak edən regional televiziya və radio yayımçılarının nümayəndələri bu sahədə qarşılaşdıqları çətinliklərdən danışıb, media savadlılığının və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. 
Qarşılıqlı fikir mübadiləsi və müzakirə formatında keçən görüşün sonunda Audiovizual Şuranın nümayənədləri yayım zamanı ictimai maraqların qorunması və qanunvericiliyə əməl olunması istiqamətində yayımçıları maraqlandıran sualları cavablandırıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin