BİZİM TƏQVİM: 2 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 2 dekabrda baş vermiş tarixi hadisələr

167028

2 dekabr 1920-ci ildə Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında bağlanan Aleksandropol (Gümrü) sazişinə əsasən, erməni tərəf Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib. 

Lakin daşnaklar Gümrüdə Türkiyə ilə saziş imzalayanda İrəvanda hakimiyyəti itirmişdilər, orada sovet hakimiyyəti qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, Qars müqaviləsi (13 oktyabr 1921) ilə Türkiyəyə, habelə Naxçıvana iddialarından vaz keçməyə məcbur oldu.

Bəs, dekabrın 2-də dünyada daha hansı hadisələr baş verib?

1. 2 dekabr 1804-cü ildə Napolyon Bonapart Parisdə Papanın iştirak etdiyi mərasimdə imperatorluq tacını geyindi.

2. 2 dekabr 1873-cü ildə Osmanlı imperiyasının ilk birjası sayılan “Dersadet Təhvil Birjası” mərasimlə xidmətə açıldı.

3. 2 dekabr 1888-ci ildə 1872-ci ildə qələmə aldığı 4 hissədən ibarət teatr oyunu “Vətən yaxud Silitrə” ilə tanınmış yazıçı və şair Namıq Kamal Sakız adasında 48 yaşında dünyasını dəyişdi.

4. 2 dekabr 1942-ci ildə ABŞ-lı elm adamları ilk nəzarət edilən zəncir atom reaksiyası reallaşdırdı. Bu fəaliyyət atom bombasının quruluşunun əsasını təşkil etdi.

5. 2 dekabr 1956-cı ildə Fidel Kastro Granma yaxtası ilə Kubaya addım atdı. 5 ildən sonra eyni gün Kastro özünü Kubanı komunizmə aparacaq lider olaraq elan etdi.

6. 2 dekabr 1982-ci ildə Dr. Robert Jarvik tərəfindən inkişaf etdirilən süni ürək Barney Klark adlı xəstəyə yerləşdirildi. Klark 112 gün yaşaya bildi.

8. 2 dekabr 1993-cü ildə həyatı filmlərə mövzu olan kolumbiyalı narkotik imperatoru Pablo Eskobar Medellin şəhərində təhlükəsizliq qüvvələri ilə atışma zamanı öldürüldü.

9. 2 dekabr - Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür. Bu tarix BMT-nin Baş Assambleyasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyanı qəbul etməsi ilə bağlıdır. BMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir.

Noyabrın 2-də bu şəxsiyyətlər xatırlanır.

1. 1929-cu ilin bu günündə Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği vəfat edib (1848-1929). Həsənəli xan Qaradaği İvan Krılovun 60-dan çox təmsilinin, K.Uşinski, A.İzmaylov, A.Pçelnikova və digər yazıçıların şeir, hekayə və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub. Şairin bizə gəlib çatmış əsərləri arasında 50-dən çox qəzəl, müxəmməs və növhələr, onlarla məktub var.

2. 2 dekabr 1930-cu ildə şair, tənqidçi Şükür Xanlarov (1930 -10.5.2001) anadan olub.

3. 2 dekabr 1938-ci ildə şair, publisist Zeynal Vəfa anadan olub.

4. 2 dekabr 1969-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyev (1969- 1991) dünyaya gəlib.

5. 2 dekabr 1946-cı ildə tanınmış italyan modelyeri Canni Versaçe (Gianni Versace, 1946 - 1997) anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin