Amerikalı politoloq: “Azərbaycan geosiyasi quldurluğa boyun əyməyən, müstəqil dövlətdir” – ÖZƏL

Hazırda oxunan: Amerikalı politoloq: “Azərbaycan geosiyasi quldurluğa boyun əyməyən, müstəqil dövlətdir” – ÖZƏL

166997

“ABŞ son üç ildə, xüsusən də sentyabr hadisələrindən sonra (red. antiterror tədbiləri) Ermənistanla Azərbaycan arasında əvvəlki siyasətindən əl çəkərək, İrəvana doğru meyl edib. Vaşinqtonun yeni siyasəti regionda sabitliyi poza bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı politoloq Endryu Korybko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın siyasəti də Bayden kimi QOCALIB – ŞƏRH 


“Münasibətlər daha da pisləşə bilər”

ABŞ-ın Cənubi Qafqazda ikiüzlü siyasətini şərh edən analitik, Bakının Qərbin oyunlarına uyğun davranmadığını vurğulayıb:

“Bununla belə, Azərbaycan Ermənistan deyil və Ermənistandan fərqli olaraq, geosiyasi quldurluğa heç vaxt boyun əyməyəcək qədər qürurlu və müstəqil dövlətdir. ABŞ əvvəlki siyasətinə qayıtmasa, çox güman ki, Azərbaycanla gərginlik davam edəcək. İki ölkə arasında münasibətlər daha da pisləşə bilər. 

ABŞ 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə imzalanmış bəyanatın kommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan 9-cu bəndinə birtərəfli qaydada daxil olmağa cəhd edir. Ağ Ev bununla Cənubi Qafqazı bölmək və idarə etmək üçün Ermənistanın regional “təsir qalası” kimi artan rolundan istifadə etməyə çalışır. 

Bu, Azərbaycanın Rusiya ilə əlaqələrinə maneə yaratmaq, həm də İranın şimal sərhədində ABŞ-ın daimi mövcudluğunu təmin etmək üçün edilir. Lakin bu addımlar ABŞ-ın Ermənistan və Azərbaycanla əlaqələrini çətinləşdirə bilər”.

Endryu Korybko bildirib ki, ABŞ-a münasibətdə Ermənistan Azərbaycandan örnək almalıdır: 

“Əks halda itirən tərəf İrəvan olacaq. ABŞ-ın məqsədinə nail olmaq üçün atdığı addımlar regionda sabitliyi pozacaq. Təbii ki, rəsmi Vaşinqton da məhz bunu istəyir. Çünki ABŞ regionda yaranan xaosdan öz milli maraqlarına uyğun şəkildə yararlanmağı gözləyir. 

Buna görə də regiondakı bütün aktorlar Amerikanın son tələblərini rədd edib. Bir çox region ölkələri ABŞ- ı regionu bölmək niyyətindən çəkindirməyə, rəsmi Vaşinqtonun balanslı siyasət yürütməsinə nail olmaq üçün əlindən gələni edir. Azərbaycanın səyləri məhz bu yöndədir”.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin