Sabirabadda 1 yaşlı körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Sabirabadda 1 yaşlı körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

166978

Xəbər verildiyi kimi, Sabirabadda bir yaşlı körpə xəstəxanada ölüb. İlkin məlumata görə, onun qızılcadan öldüyü ehtimal edilir. 

TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlıya qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 1 yaşlı uşaq qızılcadan ÖLDÜ 


Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub: 

“1 yaşlı körpə 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.

Qeyd edək ki, bu, Azərbaycanda qızılcadan 3-cü ölüm faktıdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin