Sabiq dünya liderləri hazırda nə işlə məşğuldur? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq dünya liderləri hazırda nə işlə məşğuldur? – ARAŞDIRMA 

166898

Dünya miqyasında cərəyan edən proseslərə hakimiyyətləri dövründə bu və ya digər dərəcədə təsir edən bir sıra siyasilər var ki, onlar hələ də unudulmur. 

Xüsusilə də, son illərdə aktiv siyasətlə məşğul olmuş bəzi dünya liderlərinin hazırda nə etdikləri daha çox maraq doğurur.

Bizim.Media bir sıra sabiq dünya liderlərinin hazrıda nə işlə məşğul olduğunu araşdırıb.

Angela Merkel  


2005-2021-ci illərdə Almaniyanın Federal kansleri olan Angela Merkel hazırda ictimai-siyasi fəaliyyətdən demək olar ki, uzaq durur. İddiaya görə, Merkelin şəxsi mənzili yoxdur. 69 yaşlı eks-kanslerin hazırda Berlinin  mərkəzində kirayə tutduğu mənzildə yaşadığı deyilir. Əsasən təsərrüfat işlərilə məşğul olur. Alman mətbuatının yazdığına görə, bağ-bağçada çalışmağı çox sevən Merkel çox dadlı yeməklər bişirir. 

Angela Merkelin əsas hobbisi kiçik bağçasında əkdiyi gül-çiçəyə həvəslə qulluq etməkdir. Həmçinin, Merkel tez-tez futbol yarışlarını izləmək üçün stadionlara gedir. 2023-cü ilin aprelində Angela Merkel ölkənin ən yüksək mükafatı olan Almaniyaya xidmətlərinə görə "Böyük Xaç" ordeni ilə təltif edilib. 

Toni Bleyer


1997-2007-ci illərdə Böyük Britaniya baş naziri olan Toni Bleyer vəzifədən getdikdən sonra Yaxın Şərq məsələlərinin nizamlanması üzrə “Quartet”in xüsusi sülh elçisi təyin edilib. 2008-ci ilin yanvarında o, “JP Morgan Chase-in baş məsləhətçisi və Beynəlxalq Əlaqələr Şurasının üzvü olaraq fəaliyyət göstərməyə başlayıb. Blair həmçinin “Zurich Financial” maliyyə qrupunda məsləhətçi kimi çalışır.

2009-cu ildə Bleyer Yale Universiteti, Sinqapur Milli Universiteti və Durham Universiteti ilə strateji tərəfdaşlıq yaradır. 2010-cu ilin əvvəlində Bleyer Fransanın LVMH şirkətlər qrupunun sahibi Bernard Arnaultun məsləhətçisi olur. 2011-ci ildə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevə iqtisadi islahatlarla bağlı məsləhətlər verir.
Toni Bleyer 2016-ci ildən bəri Qlobal Dəyişikliklər İnstitutuna rəhbərlik edir.

Tereza Mey


2016-2019-cu illərdə Böyük Britaniyanın baş naziri postunu tutan Tereza Mey hazırda parlamentin üzvüdür və burada siyasi məsələlər üzrə konsultant vəzifəsində çalışır. 

Boris Conson


2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri olan Boris Consonun istefaya getdikdən sonra yaradıcı fəaliyyətlə məşğul olduğu bildirilir. Belə ki, o “Daily Telegraph” qəzeti üçün həftəlik köşə yazıları yazır. O həmçinin, tez-tez ictimai çıxışlar da edir. Çünki o bu sahədə yaxşı təcrübəyə malikdir. 

Corc Buş


2000-2008-ci illərdə ABŞ Prezidenti olan Corc Buş hazırda Texasda yaşayır və ictimai fəaliyyətlə məşğuldur. O, “Dönüş nöqtələri” adlı memuarlarını nəşr etdirib.

Barak Obama


2008-2016-cı illərdə ABŞ-ın 44-cü Prezidenti olan Barak Obama hazırda Vaşinqtonda yaşayır. O, post-prezidentlik dövrünü əsasən iki məsələyə həsr edib. Belə ki, Obama memuarlar yazır, həm də öz adını daşıyan Barak Obama Prezident Mərkəzi, o cümlədən kitabxana yaradıb, onlara rəhbərlik edir. 

Habelə, Obama Fondu da fəaliyyət göstərir. 

Obama təbii fəlakət qurbanlarına kömək etmək üçün bir neçə qeyri-hökumət təşkilatları da yaradıb. Bundan başqa, o yoldaşı ilə birlikdə “Higher Ground Productions” kino kampaniyasını yaradıb.

Fransua Olland 


2012-2017-ci illərdə Fransa Prezidenti olan Fransua Olland isə hazırda siyasi fəaliyyətdən uzaqdır. O, 2022-ci ildə yenidən ailə həyatı qurub. Hazırda 69 yaşı olan sabiq Fransa prezidenti özündən 18 yaş gənc olan kinoaktrisa Jüli Haye ilə ailə həyatı qurub. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin