Ermənistanın suverenliyini təmin etmək fürsətinin dərəcəsi getdikcə daha da aşağı düşür.
Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universiteti filialının direktoru, fəlsəfə elmləri namizədi Pavel Klaçkov jurnalistin “Bu gün Ermənistan nə dərəcədə müstəqil respublika hesab edilə bilər?” sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti Armen Sarkisyan ölkəsinin xarici siyasətinin keyfiyyətini dəyişdirməyi - "duyğuları kənara qoyub praqmatizm, soyuq hesablama, hərtərəfli təhlil və dialoqa əsaslanan bir gündəm qurmağı" təklif etdi:
“Sarkisyan praqmatizmdən yalnız Rusiya-Ermənistan münasibətləri kontekstində danışmadı, həm də Qərblə münasibətlərdən nümunələr gətirdi:
“Hökumət maksimum təhlükəsizlik və böhrandan çıxış yolu təmin edəcək müəyyən bir kanal axtarır. Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinin zəruriliyindən ibarət olan konstruktiv bir xətt var. Bunu anlamaq normal bir dialoqun başlanğıcı ola bilər”.
Politoloq əlavə edib ki, martın 30-da Sarkisyan Rusiyanı Ermənistan üçün proqnozlaşdırılan tərəfdaş adlandırıb, çünki onun fikrincə, gözlənilməz tərəfdaş tərəfdaş hesab edilmir.
Bu, Qarabağ müharibəsində məğlub olan bir ölkə adından edilən açıqlama ən azı qəribə səslənir. Belə çıxır ki, tarixi yaxınlığa baxmayaraq, Ermənistan və Rusiya ilə münasibətlər hər hansı bir hesablamalar üzərində qurulub”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:39 / 03.04.2021
“Ermənistanın suverenlik dərəcəsi getdikcə azalır” - Pavel Klaçkov
Hazırda oxunan: “Ermənistanın suverenlik dərəcəsi getdikcə azalır” - Pavel Klaçkov
Hazırda oxunan: “Ermənistanın suverenlik dərəcəsi getdikcə azalır” - Pavel Klaçkov
16682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.