Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:38 / 30.11.2023
Ağdaşda qanunsuz odlu silah polisə təhvil verilib
Hazırda oxunan: Ağdaşda qanunsuz odlu silah polisə təhvil verilib
Hazırda oxunan: Ağdaşda qanunsuz odlu silah polisə təhvil verilib
166766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.