Pənah Hüseyn: "Partiyaların inkişafında ciddi problem var"

Hazırda oxunan: Pənah Hüseyn: "Partiyaların inkişafında ciddi problem var"

16673

“Azərbaycanda azad rəqabət şəraiti olmadığına görə siyasi partiyaların inkişafında ciddi problem var. Bunun aradan qaldırılması üçün dövlət səviyyəli müəyyən işlər görülməlidir. Belə ki, seçkilərin təşkili, partiyaların fəaliyyəti üçün şərait yaradılması ilə bağlı hüquqi məsələlərdən tutmuş, siyasi mühitin dəyişməsinə qədər tədbirlər həyata keçirmək lazımdır.

Ən əsası, azad və ədalətli seçkilər olmalıdır ki, ictimaiyyət tərəfindən dəstəklənən partiyalar müəyyənləşsin”. 

Bu sözləri Bizim.Media ilə siyasi partiyaların fəaliyyəti barədə dialoq zamanı Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn açıqladı. 

Pənah Hüseyn partiyaların son dövrləri əhatə edən fəalyyətinə də toxundu: 

“Konkret olaraq son bir ildə partiyaların qeydə alınması, bəzilərinin qərargahla təmin olunması, kütləvi informasiya vasitələrinə çıxışları ilə bağlı addımlar atılır. Bu, insanlar arasında siyasi partiyalara marağı bir qədər artırıb. Ümid etmək olar ki, bunun pozitiv nəticələri hələ olacaq”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin