Moskvada saxlanılan erməni general buraxıldı

Hazırda oxunan: Moskvada saxlanılan erməni general buraxıldı

166682

Ötən həftə Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyanın Moskvada saxlanıldığı barədə xəbər verilmişdi. Həmin xəbərdə onun tezliklə Ermənistana təhvil veriləcəyi iddia olunurdu.

Qeyd edək ki, Ermənistan Prokurorluğu əvvəllər Miqran Poqosyanın ekstradisiyası tələbi ilə Rusiya tərəfinə müraciət etsə də, rədd cavabı almışdı.

Bizim.Media xəbər verir ki, "Hraparak" qəzeti Miqran Poqosyanın saxlanılma xəbərini araşdırıb. 

Bununla bağlı prokurorluğa sual da ümvanlanıb: Poqosyan Ermənistana ekstradisiya olunacaq, ya yox?

Ermənistan prokurorluğu xəbəri şərh etməkdən yayınıb. Məlum olub ki, əslində Miqran Poqosyan ötən həftə yalnız yol polisi ilə mübahisə zəminində inzibati qaydada həbs edilib, sonra sərbəst buraxılıb.
Onun Ermənistana ekstradisiya xəbəri isə uydurma olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin