Zaqatalada nəvəsinin bıçaqladığı 77 yaşlı kişi öldü

Hazırda oxunan: Zaqatalada nəvəsinin bıçaqladığı 77 yaşlı kişi öldü

166599

Ötən gün axşam tərəfi nəvəsi tərəfindən bəçaqlanan Zaqatala sakini gecə saatlarında xəstəxanada ölüb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dünən Zaqatala şəhərində İbrahimovlar ailəsində yaranmış mübahisə ölümlə nəticələnib.  

Belə ki, 21 yaşlı Ruslan İbrahimov mübahisə zəminində babası, 77 yaşlı Yaşar İbrahimovu bıçaqlamışdı. 

İlkin məlumatlara görə, hadisəni törədən 21 yaşlı gənc uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkir.

Ahıl kişini dərhal xəstəxanaya çatdırsalar da həkimlər onun həyatını xilas edə bilməyib. Bir neçə saatdan sonra Yaşar İbrahimov xəstəxanada dünyasını dəyişib. 

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Baş verən cinayət əməli rayon prokurorluğunda araşdırılır.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin