XİN: "Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib" - FOTO

Hazırda oxunan: XİN: "Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib" - FOTO

166562

"Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib".

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov özünün “X” hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Özünü “demokratik” ölkə kimi sırımaq Ermənistana kömək etməyəcək” – Qərbi Azərbaycan İcması


E. Məmmədov bildirib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R. Hovhannisyanın və A. Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və “Dağlıq Qarabağ silahlı qüvvələri”nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib.

“2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.

Məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib”, - deyə XİN rəsmisi qeyd edib.

O bildirib ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub:

“Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə görüb”.


 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin