İranda ötən sutkada “Covid-19” infeksiyasına 11 660 yoluxma faktı qeydə alınıb, 117 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larin məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa yoluxanların sayı 130 milyonu keçdi - DÜNYADA
Məlumata görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 62 876 nəfərə, yoluxanların sayı isə 1 milyon 908 min 974 nəfərə çatıb.
İranda bu günə qədər 1 milyon 633 min 949 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Hazırda vəziyyəti ağır olan 4005 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
Bizim.Media