Sabiq azərbaycanlı futbolçu, karyerasının başa vurandan sonra Futbolun İnkişaf Fondunda çalışan Nicat Qurbanov Azərbaycanı tərk edib.
Bizim.Media xəbər verir ki, Qurbanov ailəsi ilə birgə ABŞ-a yollanıb.
O, hazırda Pensilvaniya ştatının Pittsburq şəhərində məskunlaşıb.
Nicatın məqsədi okeanın o biri tayında futbol karyerasında yeni səhifə açmaqdır. Məşqçilər üçün nəzərdə tutulan C kateqoriyasına sahib olan ölkəmizin U-17 və U-19 millilərinin sabiq üzvü məşqçiliyə başlamaq niyyətindədir.
Ötənlərin sürətli vingeri ilk addımlarını uşaq futbolunda atmağı hədəfləyib. Daha sonra uşaq futbol məktəbi təsis etmək barədə düşünəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:06 / 27.11.2023
Azərbaycanlı futbolçu xaricə köçdü
Hazırda oxunan: Azərbaycanlı futbolçu xaricə köçdü
Hazırda oxunan: Azərbaycanlı futbolçu xaricə köçdü
166409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.