Nazir pensiya yaşından DANIŞDI 

Hazırda oxunan: Nazir pensiya yaşından DANIŞDI 

166364

“Bu gün Azərbaycanda pensiya yaşımız kişilər üçün 65, qadınlar üçün 63 yarımdır və 2017-ci ildə “Əmək pensiya haqqında” Qanuna edilmiş dəyişikliyə müvafiq olaraq hər il altı ay artırılaraq bunlar bərabərləşdiriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. 

"Ümumi pensiya sistemi 25 faizlik sosial sığorta haqqı müəyyən edilən digər şərtlər hansı şərtlərlə pensiya sisteminə girir? 

Onların aktual demoqrafik hesablanması 12 il hesablanıb. 12 il orta gözlənilən müddətdir ki, insan pensiyada olduğu dövrdə bu vəsaiti alacaq. Bu gün Azərbaycanda bir milyon 100 min pensiyaçımızın orta məbləği 14 ildir.
Həm 12 ildən iki il də daha artıq pensiya alırlar. Bu gün orta müddətimiz bizim 14 ildir. Bu özü göstərir ki, mövcud sistemdən daha yumşaq, daha humanist bir mexanizmə gəlib çıxmışıq və bunun daha da artırılması əlbəttə ki, pensiya fondunun kəsiri yaranmasına, əlavə vəsaitlərin cəlb olunmasına dayanıqlığa müəyyən bir təhlükə yarada bilər”, - deyə o əlavə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin