Qərb Ukraynanı aldatdı - Aleksey Arestoviç  

Hazırda oxunan: Qərb Ukraynanı aldatdı - Aleksey Arestoviç  

166326

Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Qərbi ittiham edib. Onun fikrincə, Rusiyanı məğlub etmək üçün lazım olan silahlar tədarük edilmir.

Bizim.Media xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə hücumunun faktiki olaraq dayandırmasının səbəbi budur.
“Əsl məsuliyyət Ukraynaya böyük müharibənin aparılması üçün real dəstək vəd edənlərin üzərinə düşür. Oxudular və bizi aldatdılar", - deyə o, qeyd edib.

O, hesab edir ki, Ukrayna Rusiya işğalının ilk aylarında müharibəni udacaqdı,  Qərbin kifayət qədər dəstəyi olsaydı, hər şeyə son qoymaq olardı. 

“Və sonra başqa bir müharibə başladı. Həmin müharibəni təyyarə və uzaqmənzilli raketlər olmadan uda bilməzdik. Bunların heç biri baş vermədi. Biz bunun əziyyətini çəkdik. İndi isə Qərb Rusiya ilə sülh sazişi imzalamaqla Ukraynanı yenidən aldatmağa hazırlaşır”, - deyə siyasətçi bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin