Azərbaycana pul köçürmələri kəskin azalıb - VİDEO

Hazırda oxunan: Azərbaycana pul köçürmələri kəskin azalıb - VİDEO

166253

Rublun ucuzlaşması Azərbaycan bazarına da təsir edir.

Bizim.Media xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsi ilə ölkə banklarına daxil olan vəsaitin həcmi 2 milyard 76.4 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 847.9 milyon manat və ya 58% azdır.

İqtisadçı-ekspert Elşad Məmmədov mövzu ilə bağlı deyib ki, pul köçürmələrindəki azalmanın səbəbi rus rublunun kəskin ucuzlaşmasıdır.
Hazırda 1000 rubl 19 manat 30 qəpik təşkil edir. Bu rəqəm rublun nə qədər dəyər itirdiyini göstərir.

İqtisadçı bildirib ki, pul köçürmələrinin azalması daxili bazarda alıcılıq qabiliyyətinə xeyli təsir göstərib.

Beynəlxalq ekspertlər isə rublun daha da ucuzlaşacağı qənaətindədirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin