"Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərovanın ilk dəfə efirdə nəvələrinin fotoları nümayiş edilib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə xaricdə yaşayan qız və oğlan nəvələrindən danışıb.
"Nəvələrim xaricdə təhsil alırlar. Onların 18 və 19 yaşları var. Oğlan nəvəmin adı Rikodur. Onun 19 yaşı var.
Hazırda ikinci kursdadır. Rikonun anası Ukraynadandır. Ana tərəfdən nənəsi rusdur. Atası isə yəni oğlum Cəmil bir tərəfi bakılı, digər tərəfi lənkəranlıdır. Böyük gəlinim Yulya isə tamamilə rus millətindədir. Heç mən iki dəfə ərə gedənə oxşayıram (gülür). Adam bir dəfə ərə gedər də...
Mənim iki oğlan iki qız nəvəm var. Qız nəvəmin isə adı Mayadır. Onun da 18 yaşı var. O da Riko kimi xaricdə təhsil alır", - deyə Cəmilə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media