Dubay hakimiyyəti şəhərin biznes və yaşayış sahələrini, eləcə də hava limanını birləşdirəcək 14 stansiyadan ibarət 30 km uzunluğunda yeni metro xəttinin tikintisinə 18 milyard dirhəm (təxminən 5 milyard ABŞ dolları - Red) xərcləyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər hökumətinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Belə ki, 14 stansiyadan ibarət “Mavi Xətt” Dubay-Krik-Harbor ərazisini Beynəlxalq Şəhər və Dubay Beynəlxalq Akademiya Şəhəri ilə birləşdirəcək.
Yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı müqavilələr 2024-cü ildə bağlanacaq. Marşrut Dubayın şərqində artan sayda yaşayış məntəqələrini birləşdirəcək.
Dubay Metrosu şəbəkəsinin genişləndirilməsi şəhərin inkişaf planının bir hissəsidir və yol şəbəkəsində yükü azaltmaq üçün vacibdir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:50 / 26.11.2023
14 metro stansiyasının tikintisinə 5 milyard dollar xərclənəcək - DUBAYDA
Hazırda oxunan: 14 metro stansiyasının tikintisinə 5 milyard dollar xərclənəcək - DUBAYDA
Hazırda oxunan: 14 metro stansiyasının tikintisinə 5 milyard dollar xərclənəcək - DUBAYDA
166138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.