Türk həkimlərindən xərçəng xəstəliyi ilə bağlı yeni icad...

Hazırda oxunan: Türk hÉ™kimlÉ™rindÉ™n xÉ™rçəng xÉ™stÉ™liyi ilÉ™ baÄŸlı yeni icad...

166079

Hər il dünyada 300 min insana ağız xərçəngi diaqnozu qoyulur.xa0Moderator.az Türk mediasına istinadən xəbər verir ki, mübtəla olanların yarısının 5 il ərzində həyatını itirdiyi ağız xərçənginə erkən diaqnoz qoyularaq ölümləri azaltmaq istəyən Türkiyəli elm adamları 2 illik əmək nəticəsində yeni bir biopsiya fırçası kəşf ediblər.

Siqaret, spirtli içki vərdişləri kimi müxtəlif səbəblərdən yaranan ağız xərçənginə əvvəllər əsasən 60 yaşdan yuxarı kişilərdə rast gəlinirdisə, xa0son illərdə bu yaş həddi 30-a enib. Həmçinin xəstəliyə qadınlarda da tez-tez rast gəlinir. Udqunmaqda çətinlik, səs tutulmaları, şişkinlik, dişlərdə sallanma kimi əlamətlərlə ortaya çıxan xəstəlikdə erkən diaqnoz çox önəmlidir. xa0Xəstəlikdə nə qədər tez diaqnoz qoyularsa, müalicə də bir o qədər uğurlu olar.xa0

Xəstəliyin müayinəsində tez-tez biopsiya fırçasından istifadə edilir. xa0Balaca şüşə fırçasına bənzər biopsiya fırçasıyla ağız içindən hüceyrə nümunəsi toplanır, daha sonra müayinə üçün laboratoriyalara göndərilir. Ancaq indiyədək mövcud biopsiya fırçalarında mühüm çatışmazlıqlar müəyyən edilmişdi. Bu qüsurlar ondan ibarət idi ki, fırçalar xəstəliyin ilkin mərhələsində dəqiq diaqnoz qoymaqda yalnışlıqlara yol açırdı. Hüceyrə nümunəsi kifayət qədər dərin təbəqədən götürülməyəndə xa0həkimlər onu sağlam toxumaya bənzədirdi.xa0

Türkiyədə Ege Universitetinin professor Doktor Güneri bildirib ki, mövcud biopsiya fırçalarındakı çatışmazlıqlar səbəbindən doğru təbəqədən nümunə toplayan, hüceyrənin təsdiq edən keyfiyyətini qoruyan, sürətli, asan və dəqiq bir metoda ehtiyac vardı. Bu səbəbdən də kolleqaları ilə birləşərək bir komanda yaradıblar və üzərində 2 il işləyərək yeni biopsiya fırçası əldə ediblər. Daha sonra ilk fırça ilə toplanan nümunələri mövcud üsullarla müqayisə ediblər. Nəticədə daha keyfiyyətli nümunə yığaraq, daha etibarlı nəticələr əldə edəcəklərini görüblər.

Professor Doktor Güneri bildirib ki, bu biopsiya fırçasından artıq klinikada seçilmiş xəstələrdə istifadə edilməyə başlanıb. Qısa müddət sonra ardıcıl istehsala hazır hala gətirilməsi planlaşdırılan biopsiya fırçasının analoqlarından fərqli olaraq boyu tənzimlənir. Bu da ağız boşluğunun hər yerinə rahat şəkildə çatmasına imkan verəcək. Həmçinin yeni fırça biopsiya olunan sahəni işıqlandırır, sümük toxumasının quruluşuna uyğun şəkildə hərəkət edə bilir, nümunə götürülməsi zamanı hüceyrədə heç bir zədə yaratmır. Hətta epitel toxumanın alt təbəqələrindən də hüceyrə toplaya bilir.xa0
İnkişaf etdirdikləri fırçanın mövcud üsullara nisbətən daha sürətli, ucuz, etibarlı və xəstənin daha sonrakı müalicələrinin planlaşdırmasında həkimə yol göstərən bir vasitə olduğunu vurğulayan Güneri, milli və beynəlxalq patent üzrə göstəricilər üzrə apardıqları tədqiqatda belə bir cihazın olmadığını müəyyən etdiklərini və patentini aldıqlarını deyib.

Ağız

Ağız

Ağız



Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin