“İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb. Ölkə hakimiyyəti bütün məhbusların azad edilməsinə nail olmaq və anklavda hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirmək niyyətindədir”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz qaçırılan uşaqlarımızı, onların analarını və digər qadınları geri qaytarmağın birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq”, - deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, Qəzza zolağında azad edilənlərin birinci qrupuna 13 İsrail və 12 Tailand vətəndaşı daxildir. Azad edilən İsrail vətəndaşları arasında dörd uşaq və onların anaları da var. İsrail isə həbsxanalarında olan 39 nəfəri sərbəst buraxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
23:23 / 24.11.2023
Netanyahu: “Qəzza zolağında girovların qaytarılmasının birinci mərhələsi başa çatıb”
Hazırda oxunan: Netanyahu: “Qəzza zolağında girovların qaytarılmasının birinci mərhələsi başa çatıb”
Hazırda oxunan: Netanyahu: “Qəzza zolağında girovların qaytarılmasının birinci mərhələsi başa çatıb”
166006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.