Xəyanət və CƏZA – Qərb Ermənistanı hansı fəlakətə SÜRÜKLƏYİR?

Hazırda oxunan: Xəyanət və CƏZA – Qərb Ermənistanı hansı fəlakətə SÜRÜKLƏYİR?

165941

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın KTMT-nin son tədbirlərində iştirak etməməsi fonunda onun cəzalandırıla biləcəyinin anonsunu verib. Belə ki, Peskov mətbuata açıqlamasında KTMT liderlərinin növbəti sammitində "erməni faktorunu" müzakirə ediləcəyini və onunla gələcəkdə necə davranmağı fikirləşəcəklərini deyib.

Xatırladaq ki, artıq xeyli müddətdir Ermənistan KTMT tədbirlərinə qatılmaqdan boyun qaçırır.

Paşinyan hökuməti qurumun İrəvanda keçirilən tədbirində qəbul edilən sənədləri imzalamaqdan imtina edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən TƏHLÜKƏLİ SONLUQ – Qorxunun əcələ faydası olmayacaq...


Ardınca təşkilatın digər ölkələrdə baş tutan sammitlərini də boykot ediblər. Hətta KTMT hərbi təlimlərinə də qatılmırlar. Əvəzində İrəvan ABŞ-la birgə hərbi təlim keçirir. Bu kimi hərəkətlərlə Ermənistan özünü sanki cığallıq edən uşaq kimi aparır. 

Belə vəziyyətdə aydın məsələdir ki, KTMT İrəvanın bu demarşına gec-tez reaksiya verməli olacaq. 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edir ki, Ermənistan atdığı addımlar fonunda KTMT-dəki imtiyazlarından məhrum ola bilər:

“KTMT daxilində Rusiya təkbaşına heç bir qərar qəbul etmir. Bu mənada qurumun strukturları Ermənistanın boykot demarşına kollektiv şəkildə münasibət bildirəcəklər. Bu mənada KTMT baş katibinin İrəvana gələcəyi də təsadüfi deyil. Ermənistan KTMT-də bəzi imtiyazlara malik idi. KTMT xəttilə İrəvan imtiyazlı şəkildə bir sıra vəsaitlər, silah-sursat əldə edirdi. İrəvan özünü şıltaq uşaq kimi aparır. 

Bu fonda hamını da borclu çıxarır. Bu da öz-özlüyündə düzgün yanaşma deyil. İrəvan istəyir ki, digərləri də onun oduna yansın. Putin demişdi ki, Azərbaycan öz ərazisində əməliyyat apardığından, ora qarışa bilməzlər. Bu İrəvana verilən cavab idi”. 

Politoloq deyir ki, KTMT Rusiya başda olmaqla üzv olmasa da, Azərbaycanı dəstəkləyir: 

“Ermənistan Azərbaycana qarşı işğalçı siyasət yürüdüb. Xatırladaq ki, vaxtilə Azərbaycan qurumda təmsil olunan dövlətlərdən birinin digərinə qarşı işğalçı siyasəti aparması fonunda təşkilat rəhbərliyinin ona münasibət bildirməməsini əsas gətirməklə KTMT-ni tərk edib. Amma indi Bakı orada olmasa da, Rusiya başda olmaqla bütün üzv dövlətlər Azərbaycanla dost və müttəfiqlik münasibətindədir. Onlar birmənalı olaraq Azərbaycanı dəstəkləyirlər”. 

Həmsöhbətimiz bildirir ki, Ermənistan KTMT-dən çıxmaq istəsə, bu zaman müxtəlif prosedurlardan keçməlidir:

“Bu mənada ola bilsin, proses uzansın. Lakin bundan Ermənistan hər hansı bir mənfəət əldə etməyəcək. Ermənistan diplomatiyası axsayır. Bu ölkə heç kimə lazım deyil”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin