Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Türkiyə Respublikasının Antalya şəhərində “Qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən konfransda iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən konfrans çərçivəsində “Qərarvermə mexanizmlərində qadınların iştirakı”, “Qadınların gücləndirilməsində və qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsində təhsilin rolu”, “İş-həyat balansı və ailəyə uyğun siyasət və təcrübələr”, “İctimai və özəl sektorda qadınlar və kişilər üçün bərabər imkanların əldə edilməsində imkanlar və çətinliklər” və “Mediada qadın hüquqlarının və uğurlu hekayələrin təşviq edilməsi” mövzularında panel müzakirələr keçirilib.
Panellərdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv ölkələrinin müvafiq komitələrindən parlamentarilər və digər ekspertlər üzv dövlətlərdə qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransın açılışında çıxış edib, Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və konfrans iştirakçılarına Azərbaycan tərəfinin mesajlarını çatdırıb.
O, panellərin işinə qatılaraq müzakirə olunan mövzularla bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasəti, formalaşmış qanunvericilik bazası, əldə olunan nailiyyətlər və qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.
Toplantı çərçivəsində Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın iştirakı ilə Milli Məclisin komitə sədri Hicran Hüseynova və TBMM komissiya sədri Çiğdem Erdoğan Atabek tərəfindən “Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi və Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
07:29 / 24.11.2023
Milli Məclis komitəsi ilə TBMM-in komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb - FOTO
Hazırda oxunan: Milli Məclis komitəsi ilə TBMM-in komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb - FOTO
Hazırda oxunan: Milli Məclis komitəsi ilə TBMM-in komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb - FOTO
165863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.