Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ekspertləri Roza Bayramlı və Məryəm İsmayılova “Laçın-Xankəndi yolu ətrafında yaranmış mübahisələr” adlı ingilis dilində hesabat hazırlayıblar.
Bizim.Media xəbər verir ki, məqsəd son üç ildə Azərbaycanın Qarabağ bölgəsində baş vermiş hadisələri ümumiləşdirərək xarici auditoriyaya çatdırmaqdır.
Hesabtda qeyd olunub ki, son üç il ərzində Laçın-Xankəndi yolunda baş verən hadisələr ermənilər tərəfindən “blokada”, “etnik təmizləmə”, “humanitar böhran” terminləri altında fəal təbliğ olunub. Vurğulanıb ki, Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsinə baxmayaraq bu müddətdə Ermənistana dəstək verən ölkələrin sayı az deyildi.
Təhlildə həm ermənilərin törətdiyi cinayətlər, həm də “blokada” məsələsinin yalan olduğunu sübut edən faktlar öz əksini tapıb.
Təhlilin ilk fəslində ermənilərin Qarabağda qeyri-qanuni iqtisadi əməliyyatları və nəticədə ekoloji mühitə vurulan zərər haqda məlumat verilib. Burada həm də ekoaktivistlərin etiraz aksiyalarına səbəb olan hadisələr göstərilib. Həmin etiraz aksiyaları da ermənilər tərəfindən “blokada” kimi təqdim olunsa da, təhlildə bunu təkzib edən faktlar göstərilib.
Təhlilin növbəti fəslində Laçın nəzarət-buraxılış məntəqəsinin qurulmasından əvvəl Ermənistandan Qarabağa qeyri-qanuni yolla daşınan silah-sursat haqqında məlumatlar yer alıb.
Bu qanunsuz fəaliyyəti sübut edən vizual faktlar də təhlilə əlavə edilib. Hərbi cinayətlərin qarşısını almaq üçün Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması və ermənilərin buna kəskin reaksiyası da təhlilə daxil edilib.
Təhlildə Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş həm cari ilin aprel-sentyabr aylarında Ermənistandan Azərbaycana və Azərbaycandan Ermənistana keçən şəxslərə dair statistik məlumat, həm də yoldan istifadə məhdudiyyətinə gətirən cinayətlərə dair məlumatlar öz əksini tapıb.
Hesabatda Ermənistanın müraciətinə cavab olaraq 2023-cü il avqustun 16-da BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağdakı vəziyyətlə bağlı müzakirələrin aparılması və iclasın sonunda heç bir sənədin qəbul edilməməsi də vurğulanıb. Təhlilə eləcə də ermənilərin “humanitar böhran” şəraitində toy və şənlikləri təşkil etməsinə dair şəkillər də əlavə edilib. Şəkillər Qarabağda yaşayan ermənilərin sosial şəbəkədə etdikləri paylaşımlardan götürülüb.
Təhlilin yekun hissəsində Azərbaycanın regionda sülhün bərqərar olmasının tərəfdarı olduğu və reinteqrasiya proseslərinə hazır olduğu bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:57 / 23.11.2023
Laçın-Xankəndi yolu ilə bağlı ingilis dilində hesabat hazırlandı
Hazırda oxunan: Laçın-Xankəndi yolu ilə bağlı ingilis dilində hesabat hazırlandı
Hazırda oxunan: Laçın-Xankəndi yolu ilə bağlı ingilis dilində hesabat hazırlandı
165724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.