Gecə saatlarında Oğuz şəhərindəki uşaq baxçasında baş verən yanğın nəticəsində bina əşyaları ilə birlikdə tamamilə yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi hadisə yerinə texnika və canlı qüvvə cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın alovları məhdudlaşdırılıb, yaxınlıqdakı yardımçı tikililər yanğından mühafizə edilib.
Yanğın söndürülən zaman xəsarət alan olmayıb. Fakrtla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu