"Qusar Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə yeni təyinat olub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən Quba rayon sakini, Xaçmaz rayon mərkəzi xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov Qusar xəstəxanasına yeni direktor təyin edilib.
Qeyd edək ki, "Qusar Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Baş direktoru Kamran Paşayev bu il avqust ayının 31-də Quba rayon mərkəzi xəstəxanasında ürək tutmasından vəfat edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu