“Bütün liderləri israilli-fələstinli, yəhudi-müsəlman-xristian demədən mülki vətəndaşların ölümlərinə eyni reaksiya verməyə dəvət edirəm. Dördgünlük humanitar atəşkəs elan edilməsi, girov və məhkumların məhdud sayda da olsa, mübadiləsinə dair razılaşma müsbət haldır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin liderlər toplantısında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan G20-nin müqəddəs kitablara qarşı təxribatları qınamasını TƏQDİR EDİB
Ümid edirəm ki, bu addım son nəticədə bizim prioritetimiz olan və ən qısa zamanda bərqərar olmasını gözlədiyimiz daimi atəşkəslə sülhə gətirib çıxaracaq”, - deyə Türkiyə lideri bildirib.
Problemin iki dövlət prinsipi əsasında həllini dəstəklədiklərini bir daha qeyd edən Ərdoğan qeyd edib ki, Türkiyə zaminlik də daxil olmaqla, qurulacaq yeni təhlükəsizlik şəraitində digər ölkələrlə birlikdə məsuliyyət daşımağa hazırdır.
Bizim.Media