Müğənni Niyam Salami daha bir biznesə baş vurub.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində bildirib ki, yaxln günlərdə pəhriz şirniyyatları satılan mağaza açacaq.
"Yaxın zamanda "Cənnət şokolad evi" mağazası açacağam. Orada şokolad və şəkərsiz, pəhriz piroqlar satılacaq. Mağaza isə Sumqayıt şəhərində fəaliyyət göstərəcək. Şirniyyatlarnı qiyməti isə əlçatan olacaq.
Qiymət elə olacaq ki, onları pensiya alan nənələrimiz, babalarımız da ala biləcəklər.
O demək deyil ki, əgər Niyam Salami şokolad evi açırsa, bu mütləq bahalı olacaq. Xeyr! Mən bunu millətim üçün edirəm. Şokoladı özüm hazırlamayacağam. Onlar mənim xüsusi reseptim ilə qənnadçılar tərəfindən hazırlanacaq",- deyə Niyam vurğulayıb.
Qeyd edək ki, Niyam Salaminin özünün şəxsi restoranı var. Sənətçi həm də orada bir sıra həmkarları ilə səhnə alır.
Rəşad Əliyev, Bizim.Media