“Xarı Bülbül” Yunanıstan klubuna uduzdu 

Hazırda oxunan: “Xarı Bülbül” Yunanıstan klubuna uduzdu 

165492

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün Çağırış kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb.  

Bizim.Media xəbər verir ki, Ziya Rəcəbovun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubuna uduzub. 

İlk oyuna yaxşı başlayan qonaqlar setin sonunadək üstün çıxış ediblər. Məğlubiyyətdən özünə itirən voleybolçularımız ikinci setdə rəqibə ciddi müqavimət göstərə bilməyiblər. 
Yalnız üçünü setdə “Xarı Bülbül Şuşa” uzun müddət hesabda irəli olub. Amma sona yaxın daha dəqiq oynayan “Panatinaikos" 3:0 hesabı ilə qələbə qazanıb.  

Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 29-da Yunanıstanda keçiriləcək. 

Çağırış kuboku 

1/16 final, ilk oyun 

21 noyabr 

19:00. “Xarı Bülbül Şuşa” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 0:3 (20:25, 17:25, 20:25) 

Bakı. Voleybol Mərkəzi 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin