Bu günədək BTC ilə dünya bazarlarına 4,3 milyard barel neft ÇIXARILIB 

Hazırda oxunan: Bu günədək BTC ilə dünya bazarlarına 4,3 milyard barel neft ÇIXARILIB 

165426

İstismara veriləndən indiyədək Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) vasitəsi ilə. 4,3 mlrd. barel neft nəql olunaraq dünya bazarlarına çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı BP şirkətinin maliyə məsələləri üzrə regional vitse-prezidenti Kolin Alan bildirib. 

Onun sözlərinə görə, BTC artıq 17 ildir istismarda olan yüksək texnoloji imkanlara malik olan infrastruktur qurğusudur. 

Kolin Alan əlavə edib ki, qeyd olunan vaxtda BTC ilə 4,3 mlrd. barel neft nəql olunub, buraya Azərbaycan nefti ilə yanaşı Qazaxıstan və Türkmənistan nefti də daxildir. 

Qeyd edək ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin