Komitə sədrindən ABŞ-a SƏRT REAKSİYA – “Bu qədər ədalətsiz, ikiüzlü siyasət olmaz” 

Hazırda oxunan: Komitə sədrindən ABŞ-a SƏRT REAKSİYA – “Bu qədər ədalətsiz, ikiüzlü siyasət olmaz” 

165383

“Noyabrın 15-də ABŞ senatında absurd teatr baş tutdu”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ Senatının qəbul etdiyi sənəd BMT-nin bəyanatına ziddir” – SPİKER 


“Azərbaycan işğala məruz qalmış bir ölkə olduğu halda 1992-ci ildə “907-ci düzəliş” qəbul olundu. 1993-cü ildə BMT 4 qətnamə qəbul etdi. 2001-ci ildə ABŞ-da terror aktı törədiləndə Ulu Öndər Heydər Əliyev terrora qarşı mübarizədə Amerika Birləşmiş Ştatlarının yanında olduğunu bəyan etdi. Çünki Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkə olduğu üçün terrorun nə olduğunu yaxşı bilirdi. Amma biz indi Vaşinqtondan qeyri adekvat münasibət görürük. 

Bu qədər ədalətsiz, ikiüzlü siyasət olmaz. Biz görmüşük ki, güclü dövlət beynəlxalq hüququn yanında olar. Siz beynəlxalq hüququ oyuncağa çevirmisiz. Biz təklif edirik ki, Ermənistana qarşı sanksiya qəbul edin.  

Antiterror tədbirləri ilə əlaqədar beynəlxalq missiya 2 dəfə Qarabağda olub. Onlar bildirdilər ki, heç bir etnik təmizləmədən söhbət gedə bilməz. ABŞ rəsmiləri də oktyabrın əvvəllərində oxşar bəyanat verdilər. Bəs, Senatın bu qərarı haradan çıxdı?”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin