Türkiyədə ötən sutka ərzində 176 nəfər koronavirusdan (COVİD-19) həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Bildirilib ki, bununla da bu günə kimi, həyatını itirənlərin ümumi sayı 31 713 nəfərə çatıb.
Bu gün ölkədə 40 806 nəfərdə infeksiya aşkarlanıb ki, bu da Türkiyədə indiyədək görülən ən yüksək yoluxma sayıdır.
20 817 nəfər isə koronavirusdan sağalıb. Ağır xəstə sayı 2 min 135-dir.
Bizim.Media