DSX-nın hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO/VİDEO 

Hazırda oxunan: DSX-nın hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO/VİDEO 

165327

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzindən bildirilib. 

Mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayraqları sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib. 

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
Çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasını və dövlətimizin başçısının 8 noyabr – Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradı qəbul etməsi ilə dövlətimizin qüdrətini, xalqımızın böyük mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb. Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin azad torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildiriblər. 

Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər. 

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb. 

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. 

Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb. 

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin