“Əfsuslar olsun ki, bütün Yaxın Şərq regionu, bu, hətta bütün dünyaya da təsir edib,- yeni münaqişədən, fələstinlilərin hüquqları ilə bağlı olan münaqişədən əziyyət çəkir. İraqın bu məsələdə mövqeyi çox aydındır. Biz bütün fələstinlilərin hüquqlarını tamamilə dəstəkləyirik, istər onlar Qəzza zolağının Qərb sahilində olsun, istər Qəzza zolağında və dünyanın başqa bir yerində olsun”.
Bizim.Media xəbər verir ki, bu sözləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı söyləyib.
“Biz ümid edirik ki, fələstinlilər öz milli hüquqlarını tamamilə əldə edəcəklər və biz tezliklə fələstinlilərin öz dövləti olacağına da ümid edirik. Bu münaqişə real olaraq həll olunmazsa, bütün regionda gərginlik qalacaq, sülhə və sabitliyə nail olunmayacaq. Biz Fələstin xalqının dərdinə şərikik və Fələstin xalqını dəstəkləyirik. İraqın bu məsələdə mövqeyi birinci gündən çox aydındır və biz beynəlxalq birliyi öz mövqeyimiz barədə məlumatlandırmışıq.
Ümid edirəm ki, bu böhranlı vəziyyət tezliklə sona çatacaq və Fələstin xalqı öz torpaqlarında öz hüquqlarına yiyələnəcək” – o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:09 / 20.11.2023
İraq Prezidenti: “Qəzzada baş verənlər bütün dünyaya da təsir edib”
Hazırda oxunan: İraq Prezidenti: “Qəzzada baş verənlər bütün dünyaya da təsir edib”
Hazırda oxunan: İraq Prezidenti: “Qəzzada baş verənlər bütün dünyaya da təsir edib”
165289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.