Bu şəxslərə nağdsız alış-verişdə güzəşt və endirimlər OLUNACAQ

Hazırda oxunan: Bu şəxslərə nağdsız alış-verişdə güzəşt və endirimlər OLUNACAQ

165205

 “Dövlət Sosial Müdafiə Fondundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, DSMF həmin qurumdan sosial ödəniş alanlara sosial dəstək məqsədilə “Sosial tərəfdaş” adlı yeni layihəyə başlayıb: 

“Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir. Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq”. 

H.Məmişov qeyd edib ki, müxtəlif şirkətlərlə birgə icrasına başlanan “Sosial tərəfdaş” layihəsi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir.
Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır. 

Layihədə iştirak edən şirkətlərin siyahısı, habelə tətbiq olunacaq güzəşt və endirimlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına (sosial.gov.az) və ya DSMF (dsmf.gov.az) saytına daxil olaraq “Sosial tərəfdaş” bölməsində tanış olmaq olar. 

DSMF sədri əlavə edib ki, ilin sonunadək endirim mexanizmi tədbiq olunan tərəfdaşların sayı 1000-dən artıq olacaq:

“30 %-ə qədər endirimlərin edilməsi mexanizmi də sadədir. Belə ki, vətəndaşlar kartlarını göstərərək bu xidmətdən yararlana biləcəklər. Yaxın zamanda təmaslı ödənişlərdə də tətbiq mümkün olacaq. 1 milyon 700 min nəfər endirimlərdən yararlana biləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin