Erməni jurnalisti öldürən şəxsə qarşı yeni ittihamlar irəli sürüldü

Hazırda oxunan: Erməni jurnalisti öldürən şəxsə qarşı yeni ittihamlar irəli sürüldü

165118

2007-ci il yanvarın 19-da İstanbulda Türkiyənin ermənidilli “Aqos” qəzetinin baş redaktoru Hrant Dinki qətlə yetirən Ogün Samasta yeni ittihamlar irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Hrant Dinkin qətlinin təşəbbüskarı olan Samast “silahlı terror təşkilatı üçün cinayət törətməkdə” ittiham olunur və ona 7 il 6 aydan 12 ilədək həbs cəzası istənilib.

16 il 10 ay həbsdə yatan Ogün Samast həmişə həbsxana rəhbərliyinin nəzarətində olub. O, yaxşı davranış nümayiş etdirməklə şərti azadlığa buraxılması üçün tələb olunan şərtləri yerinə yetirib.
Xatırladaq ki, Hrant Dink 2007-ci il yanvarın 19-da İstanbulda redaksiya yaxınlığında silahlı hücum zamanı öldürülüb.

O zaman 17 yaşında olan Ogün Samast qətldə təqsirli bilinib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin